“Onları Laçın dəhlizində həbs etmək lazımdır” – Tofiq Zülfüqarov

“Onları Laçın dəhlizində həbs etmək lazımdır” – Tofiq Zülfüqarov

Hazırda oxunan: “Onları Laçın dəhlizində həbs etmək lazımdır” – Tofiq Zülfüqarov

71854

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı yeni addımlar atmağa hazırlaşır.  Belə ki, aprelin 29-da Qarabağdakı erməni separatçılarının “təhlükəsizlik şurası”nın üzvləri ilə görüş təşkil olunacaq. Məlumat üçün bildirək ki, oxşar addım sonuncu dəfə 44 günlük müharibədən sonra atılıb.

Ermənistan mətbuatında sözügedən qərarla bağlı iki əsas iddia ortaya atılıb:

1. Ermənistan hakimiyyəti hökumət başçısının əvvəlki bəyanatlarını redaktə etmək, Qarabağ rəhbərliyini bölgəni Azərbaycana təslim etməyəcəklərinə və onun taleyini Qarabağ ermənilərinin həll edəcəyinə inandırmaq istəyir.

2. Paşinyan Ermənistan ordusunun Qarabağda qalan tör-töküntülərinin çıxarılmasına hazırlaşır.
 

MÖVZU İLƏ BAĞLI:

“Sülh prosesi yoxdur, imitasiyası var” – Tofiq Zülfüqarovdan Moskva görüşünün ŞƏRHİ


Mövzunu Bizim.Media üçün şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, bu addıma Azərbaycan tərəfindən qiymət verərək, qəti şəkildə pisləməliyik:

“Bu onu göstərir ki, Ermənistan Azərbaycanın daxili işlərinə müdaxiləsini yeni formada davam etdirir. Bu da köhnə ərazi iddiaları siyasətinin davam etməsi deməkdir. Ermənistan rəhbərliyi hiss olunur ki, köhnə oyunları yeni formata keçirir. Hesab edirəm ki, Paşinyanın bu addımın qarşısı qəti şəkildə alınmalıdır. Kim İrəvana gedirsə, getsin, lakin Azərbaycan ərazisinə qayıtmasın. Laçın dəhlizi ərazisindən Azərbaycana girmək istəsələr, onları həbs edib, qanun qarşısına çıxarmaq lazımdır”.

Tofiq Zülfüqarovun Paşinyanın Ermənistan ordusunun qalıqlarını Qarabağdan çıxarmaq qərarını verməsi ehtimallarına mövqeyi isə bu cür olub:

“Paşinyanın yeganə yolu var: Ermənistan dövlət olaraq Azərbaycanın daxili işlərinə müdaxilə etməyə son qoymalıdır. Təhlükəsizlik şurasının iclasları kimi teatr tamaşaları bizə lazım deyil. Onlar qondarma rejimin qurumlarının nümayəndələridir və bu addımlara son verilməlidir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO