Dağlıq Qarabağdan gəlir əldə edən şirkətlərə sanksiyalar qoyulmalıdır

Dağlıq Qarabağdan gəlir əldə edən şirkətlərə sanksiyalar qoyulmalıdır

Hazırda oxunan: Dağlıq Qarabağdan gəlir əldə edən şirkətlərə sanksiyalar qoyulmalıdır

718

Millət vəkili Vüqar Bayramov talanmış sərvətlərimizə görə gəlir əldə edən xarici şirkətlərə  sanksiyalar tətbiq edilməli olduğunu düşünür: “Beynəlxalq  normaları və konvensiya imkan verir ki, Azərbaycan talanmış sərvətləri ilə bağlı  Avropa Məhkəməsinə müraciət  etsin. Eyni zamanda əhalinin mülkünə dəyən ziyana görə də kompensasiya ödənilməlidi. Həmin təbii ehtiyatlar Azəbaycanın icazəsi olmadan istifadə  edilib. Eyni zamanda icazə olamadan  gəlir əldə edən şirkətlərə sanksiyalar tətbiq edilsin. Böyük Qələbədən sonra  həmin təbii ehtiyatlara dəyən ziyanın geri qaytarılması üçün  imkanlar olacaq”.

O ki qaldı Ermənistanın işğal etdiyi qədim Azərbaycan torpaqlarndakı maddi mədəniyyət sərvətlərinə, onları sayı həddindən artıq çoxdur. Ermənilər 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrini dağıdıb və talayıb.  Bu siyahı hələ bitmir. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi və daha nə qədər tarixi abidələr.

Çox az qaldı, çox az! Böyük Qələbə bütün itirdiklərimizi gün üzünə çıxaracaq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO