“Gah xəritə düzəldirlər, gah Arayiki öpürlər” - Sülhməramlıların fəaliyyətinin tənzimlənməsi tələbi

“Gah xəritə düzəldirlər, gah Arayiki öpürlər” - Sülhməramlıların fəaliyyətinin tənzimlənməsi tələbi

Hazırda oxunan: “Gah xəritə düzəldirlər, gah Arayiki öpürlər” - Sülhməramlıların fəaliyyətinin tənzimlənməsi tələbi

7176

“Rus sülhməramlılarının fəaliyyətinə dair yayılmış video və xəbərlər həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətində ziddiyyətli fikirlər yaradır. Gah xəritəni yenidən düzəldirlər, gah da silahlı ermənilərin girişinə qadağa qoyurlar, ertəsi gün müharibə cinayətkarı Arayiki Brejnev üslubunda öpürlər və Qarabağ ermənilərini təbrik edirlər”

Bizim.Media xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov teleqramda yazıb.

Onun sözlərinə görə, qarşıdurmalara səbəb olacaq bu cür təxribatın qarşısını almaq üçün sülhməramlıların funksiyaları barədə ayrıca bir sənəd  tərtib edilməlidir:

“Bu sənəddə qeyd edilməlidir ki, onlar nə edə bilərlər və nə edə bilməzlər! Rusiya sülhməramlılarının məsuliyyət zonası Azərbaycan ərazisində yerləşdiyindən bu sənəd Rusiya ilə Azərbaycan arasında yazılmalıdır.

Digər tərəfdən, 10-12 gün ərzində atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə sülhməramlı mərkəzi işə başlayacaq . Bəs nəyin əsasında? Yenə də sənədin aktuallığına gəlirik!”-deyə o qeyd edib.

Fərhad Məmmədov digər prinsipial məsələnin Azərbaycan ərazisində  erməni silahlılarının fəaliyyəti ilə bağlı olduğunu bildirib.

“Ermənistanın silahlı vətəndaşlarının Azərbaycan ərazisində aşkarlanması məsələsi əsas götürülməlidir. Çünki Qarabağ erməniləri hamısı Ermənistan vətəndaşıdır. Bu da Azərbaycanın diplomatik münasibətləri olmayan xarici dövlətin (Ermənistan) vətəndaşı olduqları anlamına gəlir".

Belə olduqda Azərbaycanın ərazisindəki silahlı Ermənistan vətəndaşlarına qarşı həbs və məhv edilməsinə qədər qanuni tədbirlər görmək üçün bütün əsasları var. Bu, ilk növbədə Arayik kimi müharibə cinayətkarlarına aiddir.

"Rusiyanın rolu sülhməramlıların fəaliyyətindən asılıdır. Separatçılara ianə vermək Rusiyanın rolunu aşağı salacaq",-deyə Fərhad Məmmədov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO