Nigar Arpadarai AŞPA-da: “Təhlükəsizliyi təmin edə bilmiriksə, Avropa Şurası nəyə lazımdır” - VİDEO

Nigar Arpadarai AŞPA-da: “Təhlükəsizliyi təmin edə bilmiriksə, Avropa Şurası nəyə lazımdır” - VİDEO

Hazırda oxunan: Nigar Arpadarai AŞPA-da: “Təhlükəsizliyi təmin edə bilmiriksə, Avropa Şurası nəyə lazımdır” - VİDEO

71678

“Beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi prinsipləri daha da möhkəmləndirilməli və onlara baxılmalıdır. Avropada tez-tez münaqişə və müharibə üçün bəhanə kimi istifadə edilən hərbiləşdirilmiş və təcavüzkar separatizmlə mübarizə məqsədilə real mexanizm yaradılmalıdır”.   

Bizim.Media xəbər verir ki, bu sözləri deputat, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai AŞPA-nın Yaz sessiyasındakı çıxışı zamanı deyib.  

“Avropa separatizmlə mübarizə aparmaq üçün sanksiyalar hazırlamalıdır. Onlar bununla bağlı öhdəlik götürməlidir. Çünki biz bunlara şahidik. Ərazilərimizin məhv edilməsi, işğalı ilə üz-üzə qaldıq. Əgər biz Avropada təhlükəsizliyi təmin edə bilmiriksə, insan haqlarını inkişaf etdirə bilmiriksə, o zaman Avropa Şurası nəyə lazımdır?”, - deyə Arpadarai qeyd edib.  

O,  həmçinin erməni separatçı, silahlı qüvvələrinin hələ də Qarabağda mövcudluğunu və oradan çıxmaq niyyətində olmadıqlarını da bildirib:  

“Ermənistanın Baş naziri görüşlərdə bütün səyləri ilə sülhə hazır olduğunu deyir. Amma hər kəsə məlumdur ki, erməni silahlı qüvvələri hələ də işğaldan azad edilən Qarabağı tərk etmək istəmirlər. Onların orada nə işi var?
Əgər Ermənistan həqiqətən də sülhün bərqərar olunmasında səmimidirlərsə, burada tək bir yol var – Qarabağdakı hərbi separatçı qüvvələrə birbaşa və ya dolayı yollarla edilən yardımlar dayandırılmalıdır. Artıq zaman daralır. Hesab edirəm Avropa Şurası gələcəyi naminə bu barədə ciddi addımlar atacaq”.  

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO