“Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, ona ərizə yazdırırlar ki, könüllü istefa verir, sağlamlıq durumuna görə işini tərk edir və digər həqiqəti əks etdirməyən səbəblər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Deputat qeyd edib ki, bu praktikanı iki səbəbdən ziyanlı hesab edir:
“Birincisi, vətəndaşın əmək hüquqları pozulur, konkret olaraq onu təzyiq və təhdid altında ərizə yazmağa məcbur edirlər.
İkincisi, belə çıxır ki, oğrunun, rüşvətxorun, dələduzun tərcümeyi-halını korlamaq istəmirlər və sabah da o gedib başqa yerdə daha gözəl işə düzəlir və dağıdıcı fəaliyyətini davam etdirir. Hər iki halda ziyan görən cəmiyyət və bizim gələcəyimizdir. Hər iki halda qanun pozulur, hər iki halda saxtakarlıq edilir.
Bu praktika bütün dövlət orqanlarında və özəl sektorda baş verir. Bu təcrübənin dayandırılmasını və qanunun tələb etdiyi şəkildə, zor və təzyiq, o cümlədən əsassız güzəşt olmadan həyata keçirilməsini istəyirəm”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:15 / 26.04.2022
“Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, “könüllü” istefa ərizəsi yazdırırlar” – Razi Nurullayev
Hazırda oxunan: “Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, “könüllü” istefa ərizəsi yazdırırlar” – Razi Nurullayev
Hazırda oxunan: “Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, “könüllü” istefa ərizəsi yazdırırlar” – Razi Nurullayev
71545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.