Hulusi Kılıç:

Hulusi Kılıç: "Bəzi rəsmilər buna maneçilik törədib" - VİDEO

Hazırda oxunan: Hulusi Kılıç: "Bəzi rəsmilər buna maneçilik törədib" - VİDEO

71504

“Mən də sizinlə eyni fikirdəyəm. Səfirlərin vəzifəsi həmin ölkədə çalışmaq olub. Ancaq bəzi rəsmilər buna maneçilik törədib. Bu baxımdan “Ramiz Mehdiyev türk düşmənidir” ifadəsini işlədə bilərəm”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Ankara şəhərində hüquqşünas Aslan İsmayılovun "Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı" kitabının təqdimatında çıxışı zamanı deyib.

“O vaxtlar da bunu deyirdim. Ramiz Mehdiyev bizim illərimizi əlimizdən aldı. Mən isə bir millətin səfiri olmağa çalışdım”, - deyə o, əlavə edib. 

Xatırladaq ki, Hulusi Kılıç 2008–2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO