Böyük Britaniyanın Ukrayna ilə bağlı planına nələr daxildir? - Boris Consonun ofisindən Bizim.Media-ya AÇIQLAMA

Böyük Britaniyanın Ukrayna ilə bağlı planına nələr daxildir? - Boris Consonun ofisindən Bizim.Media-ya AÇIQLAMA

Hazırda oxunan: Böyük Britaniyanın Ukrayna ilə bağlı planına nələr daxildir? - Boris Consonun ofisindən Bizim.Media-ya AÇIQLAMA

71501

“Böyük Britaniyanın Ukrayna ilə davamlı həmrəyliyinin bir hissəsi olaraq ölkəyə yeni təcili yardım maşınları, yanğınsöndürən maşınlar, səhiyyə mütəxəssisləri üçün maliyyə və həyat xilasedici tibbi ləvazimatlar bağışlanır”.

Bu barədə Bizim.Media-ya Böyük Britaniya Baş nazirinin ofisindən bildirilib. Məlumatda qeyd edilib ki, işğaldan bu yana Ukraynadakı səhiyyə müəssisələrinə 130-dan çox hücum edilib və BMT 4800-ə yaxın mülki itkinin olduğunu qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Conson Polşadan Kiyevə necə gəldiyini açıqladı - VİDEO


Ukraynada 100-dən çox yanğınsöndürmə məntəqəsi və 250 yanğınsöndürən maşın məhv edilib.

“Böyük Britaniya Ukraynaya 22 yeni təcili yardım maşını tədarük edir. Onlar yaxın günlərdə Ukraynaya yola düşməlidirlər. Bundan öncəki yardım karvanında isə 40-dan çox yanğınsöndürən maşın, 300 yanğın şlanqı və təxminən 10 min ədəd qoruyucu geyim də daxil olmaqla minlərlə xilasetmə avadanlığı göndərilib. Artıq onlardan cəbhədə yanğınsöndürmə prosesində istifadə edilir”. 

Məlumatda o da qeyd edilib ki, Böyük Britaniya artıq Ukrayna iqtisadiyyatını gücləndirmək üstündə düşünür. London Kiyev hökumətinə xidmətlərin davamı kimi Dünya Bankı və Çoxtərəfli İnkişaf Banklarını dəstəkləmək məqsədi ilə 1 milyard dollara qədər kredit zəmanəti verib.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO