Son iki ildə 7-8 milyard ABŞ dolları itirmişik - EKSPERT

Son iki ildə 7-8 milyard ABŞ dolları itirmişik - EKSPERT

Hazırda oxunan: Son iki ildə 7-8 milyard ABŞ dolları itirmişik - EKSPERT

7124

"Bir çoxları Ermənistanın Azərbaycana işğal nəticəsində 50 milyard dollar ziyan vurduğunu iddia edir. Ermənistan son iki ildə tək Söyüdlü mədənindən 144 ton qızıl çıxarıb".

Bizim.Media xəbər verir ki, şəxsi "facebook" səhifəsində bu fikirləri bölüşən hərbi ekspert Ədalət Verdiyev davamında bildirib ki, "Bu isə təxminən 4.5 milyon unsiya edir və təkcə bir yataqdan Azərbaycanın son iki ildə 7-8 milyard ABŞ dolları itirib.

 

MÖVZU İLƏ BAĞLI:

Üçtərəfli bəyanatın görünməyən tərəfləri üzə çıxdı – Ekspertdən açıqlama



"Bura əvvəlki illəri, digər 15 yatağdan itirdiklərimizi, ərazi, təbiət və infrastuktura vurulan, orduya çəkilən əlavə xərcləri, şəhid və qazilərə ödənilən sığorta məbləğini, onların pensiya təminatını, qaçqın və köçkünlərimizə 30 il ödənilən vəsaitləri və s. əlavə etsək, rəqəm ən azı 5-6 dəfə böyük olacaq''.

''Ermənistan bu rəqəmi ödəmək imkanından məhrum olduğu və bu məbləği ərazi ilə əvəz edə biləcəyi də hər birimizə məlumdur".

Hərbi ekspert sonda vurğulayıb k, bu kompensasiya haqqında qərarın əldə edilməsinin əsas əhəmiyyəti, yaxın onilliklərdə ermənilərin qonşulara qarşı pis niyyətlərini önləməsindən ibarət olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO