Millət vəkili:

Millət vəkili: "BMT nizamnaməsinə əsasən buna hərbi yolla cavab verilə bilər"

Hazırda oxunan: Millət vəkili: "BMT nizamnaməsinə əsasən buna hərbi yolla cavab verilə bilər"

70972

“Ola bislin ki, gələcəkdə biz texnologiyalardan daha asılı olaq. Müasir dövrdə rəqəmsallaşma olmadan iqtisadiyyatın inkişaf etməsi qeyri mümkündür”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Mirkişili Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində səsləndirib.

Deputat fikirlərinin davamında kibertəhlükəsizlik sahəsində bir sıra statistik göstəricilərə və bu sahənin önəminə də diqqət çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

DTX rəsmisi: "Ölkəmizdə bu sahənin inkişafı üçün var gücümüzlə çalışmalıyıq”


“Azərbaycan əhalisinin 83 faizi internet istifadəçisidir. Kiberhücumların sayı isə durmadan artır. Təbii ki, belə bir məqamda təhlükələr də çoxdur.

Bundan əlavə, müasir yanaşmalarda kibertəhlükəsizlik yalnız datanın mühafizəsi məsələsindən ibarət deyil. Əvvəllər dövlət sədhədinin pouzlması dedikdə quru, hava və su sahəsinə daxil olunması nəzərdə tutulurdu.
Lakin günümüzdə kiberməkanın pozulması dövlətlərin suverenliyinin pozulması hesab olunur və ölkələrin BMT nizamnaməsinə əsaən buna hərbi yolla cavab vermək hüququ da var”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO