Şuşa adından istifadə ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə edildi

Şuşa adından istifadə ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə edildi

Hazırda oxunan: Şuşa adından istifadə ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə edildi

70945

Aprelin 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və idman, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Mədəniyyət komitələrinin video-konfrans formatında birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, iclasın gündəliyinə birinci oxunuşda iki məsələ - “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanunda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

Qeyd edilib ki, yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir.
Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO