“Ermənistanın başına dəyən dəmir yumruq onları sarsıtdı”
Bu fikirləri Bizim.Media-ya müsahibəsində millət vəkili Fəzail Ağamalı bildirdi.
2020-ci ilin Azərbaycan üçün hansı hadisələrlə yadda qaldığı barədə suala cavab verən millət vəkili dedi ki, “demək olar ki bütün resursların pandemiya ilə mübarizəyə sərf olunduğu bir vaxtda sentyabrın 27-də ölkəmizin erməni təcavüzünə cavabı və 44 günlük savaşda torpaqlarımızın azad olunması Azərbaycan üçün bu il ərzində ən yaddaqalan və sevindirici hadisə idi”.
''Müəyyən çətinliklərə baxmayaraq illərdən bəri hər bir Azərbaycan vətəndaşını narahat edən işğalın qarşısını almaq üçün Vətən müharibəsinə başladıq''.
''Torpaqlarımız işğaldan azad olundu, işğalçı ölkə dəmir yumruqla zərbələr aldı və onun güc strukturları, hərbi maşınları darmadağın edildi. Hələ də Ermənistan özünə gələ bilməyib. Hazırda Ermənistanın daxildən parçalanmnası gedir''.
''Ən mühüm məsələlərdən biri də 44 günlük savaşdan sonra prezident İlham Əliyevin diplomatik yolla 3 rayonumuzu 1 nəfər də olsun şəhid vermədən azad etməsidir. Bu il Qazandığımız qələbə Azərbaycan xalqının nəinki 2020-ci ildə, hətta müstəqillik dövründə ən üstün hadisələrindən biri idi ki, tarixə də qızıl hərflər ilə həkk olundu''.
Millət vəkilinin qarşıdan gələn 2021-ci illə bağlı gözləntiləri də qazandığımız qələbənin davamı ilə əlaqədardır:
“Biz Ermənistan üzərində qələbə qazandıq, lakin dünya erməniliyinin hələ də üzərində tam zəfər çalmamışıq. Bu səbəbdən 2021-ci ildə mübarizəmizi elə bir müstəvidə aparmalıyıq ki, Xankəndində, Ağdərədə, Xocavənddə, Əsgəranda, Xocalıda, ümumiyyətlə Qarabağın hər qarışında Azərbaycanın suverenliyi təmin olunsun, bayrağımız ucaldılsın və bizim qanunlar tətbiq olunsun”.
Fəzail Ağamalının sözlərinə görə, bütün bu sadalananları reallaşdırmaq üçün Azərbaycanın yetərincə gücü var və öz iradəsi ilə dövlətin fəaliyyətini dəstəkləyən xalq mövcuddur.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:30 / 01.01.2021
Fəzail Ağamalı: “İtkisiz azad olunan 3 rayon ən böyük uğurumuzdur”
Hazırda oxunan: Fəzail Ağamalı: “İtkisiz azad olunan 3 rayon ən böyük uğurumuzdur”
Hazırda oxunan: Fəzail Ağamalı: “İtkisiz azad olunan 3 rayon ən böyük uğurumuzdur”
7087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.