Ceyhun Bayramov çinli həmkarı ilə TELEFONLA DANIŞDI 

Ceyhun Bayramov çinli həmkarı ilə TELEFONLA DANIŞDI 

Hazırda oxunan: Ceyhun Bayramov çinli həmkarı ilə TELEFONLA DANIŞDI 

70638

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub.

Bizim.Media XİN-nə istinadən xəbər verir ki, nazirlər iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılılıq təbriklər ifadə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovla həmkarı arasında UKYRAYNA MÜZAKİRƏSİ


Ceyhun Bayramov Çin Xalq Respublikasının Qış Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə həmkarını təbrik edib. 

O, ikitərəfli gündəliyin siyasi, iqtisadi, humanitar istiqamətlərdə uğurla inkişafını vurğulayıb və əlaqələrin daha da irəliləməsi üçün potensialın olduğunu bildirib. Xüsusilə də, Çin şirkətlərinin azad olunmuş ərazilərin bərpası prosesində iştirakı məmnunluqla qeyd edilib.

Van İ iki dövlət arasında əlaqələrin dinamik inkişafından məmnunluqla bəhs edib, bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

XİN rəhəbərləri bir-birlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi ilə bağlı prinsipial mövqeyi bir daha vurğulayıblar.

Telefon danışığı zamanı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və digər məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO