İsveçin Azərbaycan əsilli deputatı: “Çox üzülürəm ki, Şuşa Qurultayına gələ bilməyəcəm”

İsveçin Azərbaycan əsilli deputatı: “Çox üzülürəm ki, Şuşa Qurultayına gələ bilməyəcəm”

Hazırda oxunan: İsveçin Azərbaycan əsilli deputatı: “Çox üzülürəm ki, Şuşa Qurultayına gələ bilməyəcəm”

70584

“Dünya Azərbaycanlılarının V Qurultayının tarixi mədəniyyət mərkəzimiz Şuşa şəhərində keçirilməsinin çox pozitivliklə qarşılayıram. Bütün dünyada yaşayan azərbaycanlıların arzusudur ki, Şuşa şəhərində olsunlar”. 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı İsveçin Söderberq Jönköpinq region parlamentinin millət vəkili İradə Əliyeva deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada bu tarixdə keçiriləcək


O qeyd edib ki, qurultayın Şuşada keçirilməsi dünya azərbaycanlıları üçün olduqca əhəmiyyətlidir. 

“Qurultayın da Şuşada keçirilməsi həm simvolik, həm də birbaşa olaraq böyük bir mənası var. Qurultaya mən də dəvət almışdım. Amma ki, çox təəssüf edirəm ki, iştirak edə bilmirəm. İsveçdə artıq 12 ildir ki, böyük regionlardan biri olan Jönköpinq regionundan deputatam. Bir çox mühüm komissiyalarda otururam. Bu il də bizdə seçki ilidir. IV mandatdır ki, mən namizədliyimi vermişəm. Buna görə də, yay tətili başlamadan görüləcək işlərimiz çoxdur. Bizim üçün aprel-may ayları çox intensivdir”. 

İradə Əliyeva bildirib ki, amma Qurultayda iştirak üçün İsveçdən bir qurup soydaşımız Azərbaycana gedir:

“Onlar diaspor fəallarıdır, dəyərli insanlardır. Ümüd edirik və inanırıq ki, Qurultay çox yüksək səviyyədə baş tutacaq. Qurultaydan sonra bütün məlumatları və xəbərləri yayacağıq. Biz də, İsveçdə öz işimizlə, tutduğumuz statusla Azərbaycanı tanıtdırırıq və bundan sonra da bu işimizə davam edəcəyik. Qurultayın işinə uğurlar arzulayıram. İmkan edən kimi, gəlib Şuşanı ziyarət edəcəyəm”, - deyə İ.Əliyeva əlavə edib.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO