Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada görüş keçirilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Purtinlə Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.
MÖVZU İLƏ BAĞLI:
Putin-Paşinyan görüşü başladı
Bu barədə Kremlin rəsmi açıqlamasında deyilir:
"Liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər”.
Rusiya və Ermənisan liderləri Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirməklə bağlı da razılaşıblar.
Bizim.Media