Rusiya FATİHƏSİNİ VERDİ: “Artıq nə ATƏT-in Minsk qrupu var, nə də Artsax”

Rusiya FATİHƏSİNİ VERDİ: “Artıq nə ATƏT-in Minsk qrupu var, nə də Artsax”

Hazırda oxunan: Rusiya FATİHƏSİNİ VERDİ: “Artıq nə ATƏT-in Minsk qrupu var, nə də Artsax”

69935

“Rusiya da bir növ ATƏT-in fatihəsini vermiş oldu. Artıq nə ATƏT-in Minsk qrupu var, nə də Artsax. Ermənilər Simonyan kimi qüvvələrə yox, Azərbaycan Prezidentinə qulaq asıb uydurma iddialarından əl çəksələr, Qarabağda Azərbaycan bayrağı altında təhlükəsiz şəraitdə yaşaya bilərlər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında azərbaycanlı siyasi ekspert Cümşüd Nuriyev söyləyib.

“Ermənilər hələ də xülya ilə yaşayırlar. Beynəlxalq qurumlara müraciət edirlər ki, bizim öz müstəqilliyimizi təmin etmək hüququmuz var və absurd fikirlərlə qondarma dövlət yaratmaq eşqi ilə yaşadıqları üçün heç bir beynəlxalq qurum onların bu tipli müraciətlərinə cavab vermir”, - deyə politoloq əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynanın Qara və Azov dənizlərinə çıxışını BAĞLAYACAQ – Cümşüd Nuriyev


Arayik Artunyanın son davranışlarına da münasibət bildirən ekspert bu ifadələri söyləyib:

“Məncə sərsəm ideyalar təkcə Arayik Artunyanın beyninin məhsulu deyil. Rusiyada bəzi qüvvələr var ki, ermənilərin biyabırçı məğlubiyyətini kompensasiya etməyə çalışırlar”. 

Bu fikirlərin davamı olaraq deyim ki, Ermənilərin xaç anası indi Marqarita Simonyandır. Qorxuya düşdükləri üçün ermənilərin status məsələsini qaldırmağa, bununla özləri üçün avans qazanmağa çalışırlar. Paşinyanın belə dilə gətirməyə çəkindiyi qondarma dövlət iddialarını indi Marqarita Simonyan və Arayik Artunyan səsləndirir. Revanşist qüvvələrə münasibət bildirən ekspert əlavə edib ki, Sarkisyan-Koçaryan cütlüyünü də yaddan çıxartmaq olmaz. Separatçı rejimə dəstək verərək bölgədə və eləcə də, Ermənistanda qarışıqlıq yaradıb hakimiyyəti ələ keçirməyə çalışırlar. Əgər onlar Qarabağı belə çox sevirdilərsə, niyə hakimiyyətdə olduqları müddət ərzində onların dili ilə desək qondarma Artsaxı tanıya bilmədilər?”.

Ekspert açıqlamasında ATƏT-in ikili standartlarına da toxunub:

“Müharibədən bir neçə gün sonra Azərbaycan prezidenti ATƏT barədə öz kəskin fikrini bildirdi və həmin vaxt onlara  söylədi ki, siz mənimlə görüşmək istədiyiniz üçün mən sizi qəbul edirəm. Dünyanın üç böyük dövlətinə Azərbaycanın revanş eləməsi çox böyük bir risk idi və İlham Əliyev bu riskin altına girdi. Cənab prezident öz çıxışında da bildirdi ki, artıq Artsax yoxdur. Azərbaycan və onun Qarabağ adlı bölgəsi var”.

Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra yaranan reallıqları vurğulayan ekspert əlavə edib ki, artıq bu həqiqətləri bütün dünya qəbul etməyə başlayıb:
 

“Bundan əlavə Azərbaycan bir növ öz hərbi-siyasi qələbəsi ilə ATƏT-i oyundan çıxardısa, Rusiya da bir növ ATƏT-in fatihəsini vermiş oldu. Rusiyanın ATƏT olmadan Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına vasitəçilik etməsi Fransa və Amerikanı kənarda qoyması anlamına gəldi.


Fikirlərimin yekunu olaraq Azərbaycan prezidentinin son çıxışına toxunmaq istərdim. Bu çıxışda cənab prezident həm ermənilərə, həm də onların havadarlarına tam və açıq şəkildə mesaj verdi və ermənilər Simonyan kimi qüvvələrə yox, Azərbaycan Prezidentinə qulaq asıb uydurma iddialarından əl çəksələr, Qarabağda Azərbaycan bayrağı altında təhlükəsiz şəraitdə yaşaya bilərlər”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO