“Hər kəs Qarabağ mövzusunda ağlını başına toplamalıdır” – Akardan sərt açıqlama

“Hər kəs Qarabağ mövzusunda ağlını başına toplamalıdır” – Akardan sərt açıqlama

Hazırda oxunan: “Hər kəs Qarabağ mövzusunda ağlını başına toplamalıdır” – Akardan sərt açıqlama

6986

44 gün Azərbaycan tarixinə və dolayısıyla Türk tarixinə qızıl hərflərlə yazıldı. Ümid edirəm ki, bu 44 gündə qazanılan uğurlar haqqında 44 il və daha sonralar danışılmağa davam edəcək.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Bakıda hərbçilərlə görüşdə deyib.

Ermənistanın törətdiyi qırğınların, yaşanan faciələrin, üçüncü tərəflərin davranışının əsla unudulmayacağını ifadə edən Akar Türkiyə və Azərbaycanın kədərdə də, sevincli günlərdə də bir olduğunu vurğulayıb.

Türkiyə və Azərbaycanın "Ölsək şəhid, qalsaq qazi” düşüncəsi ilə birliyini davam etdirəcəyini söyləyən nazir əlavə edib:

“Bu birliyimiz sonsuza qədər davam edəcək. İnşallah bu da bizim ölkələrimizin, nəcib Türk millətinin xeyrinə olacaq və gələcəklərinin təminatına çevriləcək. 102 il əvvəl Nuri Paşa ilə birlikdə Azərbaycan türkləri işğalçılara qarşı mübarizədə çiyin-çiyinə mübarizə aparıb qalib gəldi, eyni ruh bu gün də var.

Yenə də çiyin-çiyinə verərək hər cür mübarizəyə, hər cür risk və təhdidi gözə alan millətik. Buna görə hər kəs bu mövzuda ağlını başına toplamalıdır.

O günün Qafqaz ordusu, bugünkü Azərbaycan Ordusu xalqın təhlükəsizliyi, bütün texnologiyaları istifadə edərək və bütün imkanları səfərbər edərək millətin rifahı və sağ qalması üçün hər cür səy göstərdi və bundan sonra da edəcəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO