Qüdrət Həsənquliyev: “İcra hakimiyyəti orqanları tərəfindən Prezidentin tövsiyəsinə əməl olunmur”

Qüdrət Həsənquliyev: “İcra hakimiyyəti orqanları tərəfindən Prezidentin tövsiyəsinə əməl olunmur”

Hazırda oxunan: Qüdrət Həsənquliyev: “İcra hakimiyyəti orqanları tərəfindən Prezidentin tövsiyəsinə əməl olunmur”

69771

“Azərbaycan Prezidenti hər zaman şəhidlərin xatirəsini uca tutmağı, şəhid ailələrinə həssas münasibət göstərməyi tövsiyə edib”.  

Bizim.Media xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib. 

Deputatın sözlərinə görə, bu tövsiyələrə icra hakimiyyəti orqanları tərəfindən əməl olunmur.

Q.Həsənquliyev qeyd etdi ki, onun görüşdüyü qadının nəvəsi və qızının tək övladı Suqovuşanda şəhid olub. Xətai rayonundakı 55 saylı məktəbin kollektivi şəhid Samir Əliyevin adının həmin məktəbə verilməsini xahiş edib. Deputat qeyd etdi ki, S.Əliyev həmin məktəbin şəhid olan yeganə məzunudur. Sənədlər 23 yanvar 2021-ci ildə Nazirlər Kabinetinə təqdim olunub, lakin indiyədək heç bir addım atılmayıb.  

Q.Həsənquliyev Nazirlər Kabineti ilə danışdığını, lakin bu istiqamətdə hələ də hansısa addımın atılmadığını söyləyib.
Millət vəkilinin sözlərinə görə, şəhidin nənəsi nəvəsinin adının əbədiləşdirilməsini xahiş edir: 

“Ana özünün yeganə övladını itirib və bu addım çox böyük təskinlik olardı. Həm də ana işsizdir, ali təhsili olmadığına görə onun işlə təmin olunmasında çətinlik olduğunu dedilər. Şəhidin nənəsi Cəmilə xanım dedi ki, qızı Sevda xanım işsizliyə görə müavinət alır. Amma bu xanım depresiyadadır, o işlə təmin olunmalıdır ki, o evdən bayıra çıxsın, depresiyadan xilas olsun”.  

Deputat müvafiq dövlət qurumlarına bu kimi məsələlərə həssas münasibət göstərməyə çağırıb. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO