Parlament daha bir beynəlxalq sənədi təsdiq etdi 

Parlament daha bir beynəlxalq sənədi təsdiq etdi 

Hazırda oxunan: Parlament daha bir beynəlxalq sənədi təsdiq etdi 

69770

Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edib. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Qanun layihəsində qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx şəhərində imzalanmış Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilsin. 
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO