Razi Nurullayevdən İsveçlə bağlı dünyaya ÇAĞIRIŞ – “Şiddətlə pisləyirəm”

Razi Nurullayevdən İsveçlə bağlı dünyaya ÇAĞIRIŞ – “Şiddətlə pisləyirəm”

Hazırda oxunan: Razi Nurullayevdən İsveçlə bağlı dünyaya ÇAĞIRIŞ – “Şiddətlə pisləyirəm”

69763

“Danimarkanın “Starm Kurs” ultra-millətçi hərəkatının lideri Rasmus Paludan yenidən müqəddəs kitabımız olan Qurani-Kərimi İsveçin müsəlmanlar yaşayan məhləsində polisin iştirakı ilə yandırıb. Oraya da polislərin əhatəsində gəlib. Hadisəyə polisin seyrçi yanaşması dinlərarası uçurumu dərinləşdirir, terror qruplarını daha da radikallaşdırır”.  

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.  

“Bu aktın özü də bir terror hadisəsidir, terrora çağırışdır, ölkələri, dinləri üz-üzə qoymaqdır. Mən yalnız bu radikal millətçinin hərəkətini yox, həm də İsveç hökumətinin və polisinin bu vandalizmə qarşı seyrçi qalmasını şiddətlə pisləyirəm. 

İsveç dünyada din, vicdan, insan hüquqlarını müdafiə edən nümunəvi ölkədir. Isveç bu hadisəni də söz azadlığı hesab edir.

Bu söz azadlığı deyil, əksinə yeni münaqişə ocaqları yaratmaqdır. Indi radikal müsəlmanlar da bu radikal şəxsə qarşı “insan ovu” elan edib. Bu cür təşəbbüslərin sonunu pis görürəm və dünyanı İsveç hökumətinin və polisinin bu vandalizmə seyrçi qalmasını pisləməyə çağırıram”, - deyə razi Nurullayev bildirib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO