ABŞ-dan Azərbaycan və Ermənistana sülh təklifi – “Kömək etməyə hazırıq”

ABŞ-dan Azərbaycan və Ermənistana sülh təklifi – “Kömək etməyə hazırıq”

Hazırda oxunan: ABŞ-dan Azərbaycan və Ermənistana sülh təklifi – “Kömək etməyə hazırıq”

69729

“ABŞ Azərbaycan və Ermənistana ATƏT-in Minsk qrupu da daxil olmaqla hərtərəfli sülhə nail olmağa kömək etməyə hazırdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə bildirib.

"Biz aprelin 6-da Brüsseldə baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyev arasında görüşü, sülh danışıqlarını və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasına hazırlığın müsbət dinamikasını alqışlayırıq. Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını təşviq etməyə davam edirik. Amerika Birləşmiş Ştatları uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün ölkələrə kömək etməyə hazırdır”, - deyə Prays qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO