Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Rusiyadan YENİ QƏRAR - Xüsusi nümayəndə

Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Rusiyadan YENİ QƏRAR - Xüsusi nümayəndə

Hazırda oxunan: Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Rusiyadan YENİ QƏRAR - Xüsusi nümayəndə

69704

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə özünə xüsusi nümayəndə təyin edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu vəzifənin ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayevə həvalə edildiyini deyib.

"Rusiya rəsmi İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir, bunun üçün xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev yeni vəzifədə - Rusiya Xarici İşlər Nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətini davam etdirəcək", - deyə M.Zaxarova vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO