“Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha qabarıq görünür” - İlham Əliyev

“Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha qabarıq görünür” - İlham Əliyev

Hazırda oxunan: “Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha qabarıq görünür” - İlham Əliyev

69696

"Bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə görüşdə deyib.

“Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər.

Yəni, biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq. Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür”, - dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO