Ermənistanın sülhə doğru getdiyinə Tofiq Zülfüqarov niyə inanmır? – CAVAB  

Ermənistanın sülhə doğru getdiyinə Tofiq Zülfüqarov niyə inanmır? – CAVAB  

Hazırda oxunan: Ermənistanın sülhə doğru getdiyinə Tofiq Zülfüqarov niyə inanmır? – CAVAB  

69612

“Bu məsələdə optimist yox, pessimistəm. Paşinyanın açıqlaması taktiki görüntü xarakteri daşıyır”.

Bunu Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdə etdiyi dünənki çıxışı fonunda İrəvanın sülhə doğru dönüş etdiyi, yoxsa bu addımın manevr etmək cəhdi olduğuna aydınlıq gətirərkən deyib: 

“İrəvanın sülhə doğru getdiyini görmək üçün Qarabağ mövzusunda hansısa dəyişikliklər baş verməlidir. Paşinyanın çıxışına baxanda görürük ki, Azərbaycana və Türkiyəyə aid mövqeyi dəyişir. Amma problemin Qarabağla bağlı əsas məzmununa münasibətdə İrəvanın mövqeyi dəyişməyib.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvandan sülh, Laçından müharibə MESAJI – Tofiq Zülfüqarov Ermənistanın planını ifşa etdi


Buna əsasən də zənn edirəm ki, Paşinyanın parlamentdə səsləndirdiyi fikirlər əslində taktiki manevrdir. Belədə, dolayı yolla yenə də status mövzusunu gündəmdə saxlamağa çalışır. Ona görə də Paşinyanın bu açıqlaması reallığı əks etdirmir. Bu baxımdan Paşinyanın həmin açıqlaması dönüşün əvvəli də ola bilər. Həm də ola bilsin vaxt udmaq üçün taktiki gedişdir”. 

Ekspertin dediyinə görə, ola bilsin Paşinyan həmin açıqlaması ilə daxili ictimai rəyin mövqeyini öyrənmək və ya onları gələcək proseslərə hazırlamaq məqsədi də daşıyır: “Bu rəyi öyrənmək əsasında sonrakı addımlarını müəyyənləşdirə bilərlər. Bu da mümkün ola bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO