Paşinyanın Qarabağdan qurtulmaq İSTƏYİ – Dünya birliyinin hansı planı var?    

Paşinyanın Qarabağdan qurtulmaq İSTƏYİ – Dünya birliyinin hansı planı var?    

Hazırda oxunan: Paşinyanın Qarabağdan qurtulmaq İSTƏYİ – Dünya birliyinin hansı planı var?    

69484

“Paşinyanın son açıqlamasının mahiyyəti odur ki, Azərbaycanın ərazi bütövlüyü tanınmasa, sərhədlərin müəyyənləşməsi həllini tapmasa, Qarabağdakı qanunsuz silahlı birləşmələr çıxarılmasa, Bakı bunu özü həyata keçirməli olacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyətin İrəvanın Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmağının təhlükəsindən danışmasına münasibətdə sərgilədiyi açıqlamanı şərh edərkən deyib: 

“Ermənistanın yersiz dirənişləri yeni bir toqquşmaya gətirə bilər ki, nəticədə perspektivdə təkcə Qarabağda ermənilərin yaşadığı ərazi deyil, eyni zamanda, bolşevik işğalından sonra İrəvana verilən bütün ərazilərin azad olunmasına gətirib çıxara bilər. Dolayısı ilə beynəlxalq ictimaiyyət məhz bunu Ermənistan rəhbərliyinin diqqətini çatdırıb. Paşinyan da onu erməni cəmiyyətinin diqqətinə çatdırır və bəyan edir ki, Ermənistan üçün sülhdən başqa alternativ yoxdur”. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan öz imzasına naxələf çıxdı: “Belə bənd yoxdur”


Ekspertin fikrincə, beynəlxalq ictimaiyyət İrəvana Qarabağ məsələsində plankanı aşağı salmağı tövsiyyə etməklə onların müstəqillik kimi iddialarından vaz keçilməsini istəyir: 

“Amma plankanın aşağı endirilməsilə burada söhbət Azərbaycan tərkibində müəyyən statusdan gedə bilər. Belə olduqda xristian dünyasının Ermənistan və Qarabağ erməniləri ətrafında birləşə biləcəyi və bu xüsusda Azərbaycana müəyyən təzyiq edə biləcəklərini söz verirlər. Hansı ki, bu Azərbaycanın marağına cavab vermir. Dağlıq Qarabağ adlı ərazi inzibati vahid yoxdur. Azərbaycan belə bir qurumu ləğv edib, Qarabağ və Şərqi Zəngəzur deyiləcək ərazi inzibati vahidini yaradıb. Burada da bütün məsələlər Azərbaycan Konstitusiyasına uyğun həyata keçir. Nəticədə həmin məsələdə xarici dövlətlərin müdaxiləsinə yer yoxdur. Ona görə də Paşinyanın bu açıqlamasını diqqətdən qaçırmamalıyıq”. 

Qeyd edək ki, Paşinyan parlamentin iclasında bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistanın Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmanın təhlükəsindən açıq şəkildə danışır.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar İrəvanın belə mövqeyinin təkcə Qarabağ erməniləri üçün deyil, həm də Ermənistanın özü üçün böyük təhlükə olduğunu bildirirlər:

"Bu gün beynəlxalq ictimaiyyət bizə deyir: Dağlıq Qarabağ məsələsində ölçünüzü bir az aşağı salın, onda siz Ermənistan və Qarabağ erməniləri üçün daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız, əks halda sizdən xahiş edirik, bizə ümid bağlamayın və bu o demək deyil ki, biz sizə kömək etmək istəmirik, sadəcə, kömək edə bilmirik”, - deyə Paşinyan həyəcanını çatdırıb.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO