Prezidentin müşavirədə verdiyi 7 MESAJ – Bizi gələcəkdə nə gözləyir?

Prezidentin müşavirədə verdiyi 7 MESAJ – Bizi gələcəkdə nə gözləyir?

Hazırda oxunan: Prezidentin müşavirədə verdiyi 7 MESAJ – Bizi gələcəkdə nə gözləyir?

69428

Xəbər verdiyimiz kimi, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.

Müşavirədə çıxış edən dövlət başçısı görülmüş işləri təhlil edərək bir sıra mühüm məsələlərə toxunub. Dövlət başçısı öz nitqində vacib olan əsas mesajları ötürüb: 

- Azərbaycan müharibədən sonra keçən dövr ərzində beynəlxalq təşkilat və dövlətlərə öz haqqı işini sübut edib. Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir ki, dünya birliyi ölkəmizin mövqeyilə hesablaşmalı olub. Nəticədə Azərbaycanın dünyada mövqeyi daha da güclənib. ATƏT-in özü belə yeni reallıqları tam qəbul etməli olub. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edib"


- Ermənistan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul edir. Bu da o deməkdir ki, İrəvan Azərbaycanın mövqeyini qəbul edib. Deməli, ərazi bütövlüyümüz müzakirə predmeti deyil. Artıq ermənilər də anlayır ki, sülh müqaviləsindən başqa çıxış yolu yoxdur. Əks halda, Ermənistan daha ağır duruma düşəcək.  

- Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Xankəndində də Azərbaycan bayrağı dalğalanacaq. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, bərabərhüquqlu vətəndaş kimi qalıb yaşayacaqlar. 

- Erməni vəhşiliyi, vandalizmi, Xocalı faciəsi heç zaman unudulmayacaq. Gələcək nəsillər keçmişdə olanlardan həmişə dərs götürməlidirlər. 

- Azərbaycan iqtisadi və siyasi cəhərdən birmənalı şəkildə tam müstəqilliyə nail olub. Dövlətimiz ölkə iqtisadiyyatını öz gücü və potensialı hesabına daha da gücləndirmək əzmindədir. Eyni zamanda, ölkəmizə xarici investorların cəlb edilməsi vacib prioritetlərdəndir.  

- İqtisadiyyatımızın güclənməsi nəticəsində xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azalıb. Borcla bağlı heç bir təhlükə bizi qorxutmur. 

- Azərbaycanda bütün sahələrdə islahatların aparılması dönməz xarakter daşıyır və bu yolda ona mane olacaq heç bir xarici və daxili əngəl ola bilməz. Bunaölkənin hər cür imkanı və potensialı çatır.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO