Putin nüvə düyməsini basacaqmı? – Korotçenko və Bredixindən EKSKLÜZİV

Putin nüvə düyməsini basacaqmı? – Korotçenko və Bredixindən EKSKLÜZİV

Hazırda oxunan: Putin nüvə düyməsini basacaqmı? – Korotçenko və Bredixindən EKSKLÜZİV

69191

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Rusiya hərbçilərinə nüvə qüvvələrini “xüsusi hazırlıq” vəziyyətinə salmağı əmr edib.

Bu, Rusiyanın Strateji Raket Qüvvələri üçün ən yüksək hazırlıq səviyyəsidir.

Müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla yüksək səviyyəli hərbi rəsmilərlə danışan Putin Qərb ölkələrinin Rusiyaya qarşı “düşmənçilik hərəkətləri” və “qanunsuz sanksiyalar” tətbiq etdiyini bildirib.

Rusiya dünyada ən böyük nüvə silahı ehtiyatına malikdir, lakin NATO-nun da Rusiyanı məhv etmək üçün kifayət qədər silahı var.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan nüvə silahı AÇIQLAMASI: "Bu halda istifadə edəcəyik"


Putinin Ukraynadakı uğursuz hərbi əməliyyatları və dünyanın Rusiyaya qarşı sanksiyaları - Dünyanı narahat edən sual budur ki, Putin nüvə düyməsini basacaqmı?

Rusiyalı hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko və Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin məsələ ilə bağlı Bizim.Media-ya danışıblar. 

Əvvəlcə suallarımızı İqor Koretçenkoya ünvanlayaq:

- Cənab Koretçenko, Ukraynadakı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Rusiya silahlı qüvvələri Rusiya prezidenti Putinin Ukraynanı xarabalığa çevirmək və demilitarizasiya etmək üçün qoyduğu tapşırıqları yerinə yetirir. Mühüm bir mərhələ artıq başa çatıb. Bu, Ukraynanın Donbassda yerləşən və 100.000-dən çox adamı olan ən döyüşə hazır qoşun qrupunun mühasirəsidir.

Bu gün onlar “qazana düşdülər” və əllərini aşağı salıb müqaviməti dayandırmasalar, aqibətləri yaxşı olmayacaq.

Bundan əlavə, “yalnız hərbi obyektlərə və hərbi infrastruktura dəqiq təhlükəsizlik hücumları həyata keçirməklə mülki əhalinin təhlükəsizliyini təmin etməklə”, Ukraynanın iri şəhərlərinə nəzarəti ələ keçirmək üçün Rusiya ordusu və ümumilikdə silahlı qüvvələri ilə uğurlu hərbi əməliyyatlar aparılır. Beləliklə, bütövlükdə vəziyyət Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Baş Qərargahın əməliyyat təlimatında müəyyən etdiyi göstərişin şərtlərinə uyğun olaraq uğurla inkişaf edir.

- Bundan əvvəl Rusiya prezidenti Putin dünyanı nüvə silahı ilə hədələmişdi. Bu təhlükə nə dərəcədə realdır?

- “Əvvəla, o, heç kimə hədə-qorxu gəlməyib. "Qərb liderlərinin Rusiyanın Ukraynaya hücumu dayandırmaq üçün güc tətbiq etməyə hazır olduğu barədə bəyanatlarına cavab olaraq, prezident Putin Rusiyanın bəzi strateji nüvə qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini tapşırıb. Putin deyib ki, biz müharibəyə hazırlığımızı artırmışıq və öz gücümüzü qaldırmışıq. Bu da strateji nüvə qüvvələrinin müvafiq hazırlıq səviyyəsinə çatdırılmasıdır.

Deyəsən bu siqnal eşidilib və bilirsiniz ki, Böyük Britaniyanın baş naziri Boris Conson, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi, Ağ Evin rəsmi nümayəndəsi və NATO-nun baş katibi Stoltenberq bəyanatlarla çıxış ediblər. Onlar Ukraynadakı hadisələrə müdaxilə imkanlarını belə düşünməməli olduqlarını vurğulayıb.
Yəni Putinin siqnalı aydın eşidildi”.

Politoloq Anton Bredixində həmkarının fikirləri ilə razılaşır. Ona da sualımız konkret oldu: 

- Cənab Bredixin, Rusiya nüvə silahından istifadə edəcəkmi?

- Rusiyanın Ukraynanı faşistlərdən təmizləmə əməliyyatı çərçivəsində nüvə silahından istifadə etməsi ilə bağlı fikirlərin heç bir əsası yoxdur. Rusiya bundan istifadə etməyəcəyini dəfələrlə bəyan edib.

Əksinə, Ukrayna prezidenti Vladimir Zelenski Münhendəki çıxışının bir hissəsi də daxil olmaqla, Ukraynanın nüvə silahından istifadə edəcəyi və Kiyevin Budapeşt Memorandumundan çıxacağı ilə bağlı açıqlamalar verib.

Rusiya Çernobıl AES-də baş vermiş partlayışın nəticələrini çox yaxşı xatırlayır. Bu, Rusiya, Ukrayna, Belarus xalqlarını narahat etdi. Onlara zərbə vurdu. Xirosimanı və Naqasakini bombalayan Rusiya deyil, ABŞ-dır.
Nüvə silahı barədə xəbərdarlıq etmək Qərbə Rusiyanı təhdid etməyə, onun əsgərlərini və silahlarını göndərməməyə hesablanmış siqnaldır.

Rusiyadan olan həmsöhbətlərimizin fikrincə, Rusiya heç vaxt nüvə silahından istifadə etməyəcək. Lakin Rusiya Kiyevə girmək fikrində də deyildi. Putin və Rusiya siyasətçiləri müharibədən əvvəlki bəyanatlarında dəfələrlə Ukraynaya qarşı müharibənin olmayacağını bildiriblər. Hazırda Ukrayna ilə Rusiya arasında müharibənin 47-ci gününü yaşayırıq.

Təbii ki, insanlar Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə dünyanın taleyinin necə olacağından narahatdırlar.

Əgər nüvə düyməsi basılarsa və nüvə hücumu olarsa, yaxın və uzaq ölkələrin xalqının taleyi necə olacaq? Nüvə silahı orqanizmə necə təsir edir? Hansı xəstəliklərə səbəb olur? Bunun qarşısını almaq mümkündürmü?

Nüvə silahının partladığı ölkədən minlərlə kilometr radiusda ətraf mühitə və orada yaşayan insanlara dağıdıcı təsir göstərir.
Ona görə də bir ölkəyə nüvə hücumu bütün qonşu regiona təsir edir.

Əgər ABŞ və Rusiyanın arsenallarında olan nüvə başlıqlarından Soyuq Müharibə dövründə istifadə olunarsa, bu, iqlim fəlakətlərinə, faciəli nəticələrə, elmi dillə desək, “nüvə qışı”na gətirib çıxaracaq.

Cəmi 2-3 dəfə atılan çox kiçik miqyaslı nüvə raketi belə bölgədə yüzlərlə yanğını alovlandırır və yanğınlardan stratosferə buraxılan qazlar günəş işığının qarşısını ala bilir. 

Ümüd isə qalır bu addımın atılmayacağına.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO