Sabir Rüstəmxanlıdan “Asan Xidmət”lə bağlı TƏKLİF: “Xaricdə yaşayan soydaşlarımız...”

Sabir Rüstəmxanlıdan “Asan Xidmət”lə bağlı TƏKLİF: “Xaricdə yaşayan soydaşlarımız...”

Hazırda oxunan: Sabir Rüstəmxanlıdan “Asan Xidmət”lə bağlı TƏKLİF: “Xaricdə yaşayan soydaşlarımız...”

69189

“Asan Xidmət”in səyyar xidməti xarici ölkələrdə də fəaliyyət göstərsin və soydaşlarımız şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkməsin. 

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı  Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

“Ötən iclasda pasportlar haqqında qərarı müzakirə edərkən bildirdim ki, xarici ölkələrdə olan soydaşlarımız şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkirlər. Buna görə də soydaşlarımız ölkəyə qayıda bilmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis Elman Rüstəmovun gedişini təsdiqləyəcək? – Müzakirə başladı


İclasda təklif etmişdik ki, “Asan Xidmət”in səyyar xidməti xarici ölkələrdə də fəaliyyət göstərsin və soydaşlarımız şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkməsin. Lakin bu, elə təklif olaraq qaldı. Əksinə, qərar elə qəbul olundu ki, vəziyyət daha da pisləşdi”, deyə o, qeyd edib.

Deputat hesab edir ki, Rusiya-Azərbaycan sərhədindən ölkəmizə keçmək istəyən soydaşlarımız barədə tədbir görülməli və qeyd edilən hər iki problem öz həllini tapmalıdır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO