Rusiya Qarabağda hərəkətləndi - Sülhməramlılara gələn yeni tapşırıq nədən ibarətdir?

Rusiya Qarabağda hərəkətləndi - Sülhməramlılara gələn yeni tapşırıq nədən ibarətdir?

Hazırda oxunan: Rusiya Qarabağda hərəkətləndi - Sülhməramlılara gələn yeni tapşırıq nədən ibarətdir?

69061

“Sülhməramlıların Fərrux kəndində bayraq qaldırmaları, onların gözü qarşısında Azərbaycanın hərbi karvanı yaxınlığında erməni silahlılarının atəş açması və daxil olmaları ondan xəbər verir ki, Rusiya sülhməramlı kontingenti birmənalı olaraq rəhbərlərindən Azərbaycan ərazisində təxribatlar törətmək, o cümlədən erməni silahlılarına ciddi dəstək vermək göstərişi alıb”. 

Bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya sülhməramlılarının son günlər Fərrux kəndi istiqamətində törətdikləri yeni təxribatlarından danışarkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

III Qarabağ savaşı – Son döyüşü zəruri edən SƏBƏBLƏR


“Bunun da səbəbi Rusiyanın Qarabağda nizamlanma prosesindən bir qədər kənarda qalmasından qaynaqlanır. Brüsseldə baş tutan görüşdən sonra təxribatların daha intensiv xarakter alması onu göstərir ki, Rusiya prosesdə Avropa İttifaqının önə çıxmasını həzm edə bilmir. Bu da ona dəlalət edir ki, Moskva münaqişənin tam nizamlanmasında maraqlı deyil. Onlar prosesi uzun müddət mövcud vəziyyətdə saxlamaqla Qarabağda daha uzun dövr üçün qalmaq, erməni silahlılarından özünə sərf edəcək şəkildə Azərbaycana qarşı istifadə etmək niyyətindədir”.

Həmsöhbətimiz qeyd edir ki, nə qədər təxribat törətsələr də onların bu niyyətləri baş tutan deyil:

“Çünki artıq Azərbaycan öz imkanları hesabına Qarabağdan erməni silahlı dəstələrinin çıxarılmasına başlayıb. Bu prosesi ilkin mərhələdə Fərruxda. Ardınca da Ağdərə istiqamətində müşahidə etməkdəyik. Üçtərəfli birgə bəyanatı Azərbaycan Ordusu təkbaşına yerinə yetirəcək. Rusiya sülhməramlısı burada bizim üçün maneə deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO