Biz Qarabağ erməniləri ilə necə davranacağıq? – Millət vəkilindən MÖVQE

Biz Qarabağ erməniləri ilə necə davranacağıq? – Millət vəkilindən MÖVQE

Hazırda oxunan: Biz Qarabağ erməniləri ilə necə davranacağıq? – Millət vəkilindən MÖVQE

69033

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvadan Sergey Lavrovla məsləhətləşmələrdən dönər-dönməz onun rəhbərlik etdiyi qurum Brüssel görüşündə ölkəsinin üzərinə götürdüyü öhdəliklə daban-dabana zidd açıqlama yayıb. 

Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Sahib Alıyevə məxsusdur.

Fikirlərinin davamında deputat Ermənistan XİN-in reallıqdan uzaq açıqlamalarına və Azərbaycan XİN tərəfindən verilən müfaviq cavaba diqqət çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündə hansı irəliləyiş ola bilər? - Sahib Alıyevin ŞƏRHİ


“Ermənistan XİN-in yaydığı açıqlamada Azərbaycanın Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində “psixoloji terror”a əl atdığı, “humanitar böhran” yaratdığı və ordumuzun  mövqelərinin irəli çəkildiyi bildirilir. Açıqlamada o da qeyd edilir ki, bu mövqe dəyişməsi nəticəsində 400 nəfər yaşayış yerlərini  qoyub gedib. İrəvandakılar gətirdikləri həmən faktlara dayanaraq rəsmi Bakını “Arsax” adlandırdıqları  Qarabağda "tam etnik təmizləmə" aparmaq niyyətində suçlandırırlar. 

Xarici İşlər Nazirliyimizin də vurğuladığı kimi “1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq, bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına pozan” və heç vaxt unutmayacağımız digər hərbi cinayətlər, soyqırımları törədən Ermənistanın bizi də özləri kimi təqdim etməyə nə haqqı, nə əsası var”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ardıcıl olaraq yeritdikləri siyasət nəticəsində monoetnikləşən Ermənistan deyil və heç vaxt da olmayacaq: 

“Biz Qarabağda etnik təmizləmə aparmağa yox, Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanları oradakı hay separatçı-terrorçu ünsürlərinin zülmündən tam quratamağa, onların çoxmillətli, çoxkonfenssiyalı cəmiyyətimizə reinteqrasiyasına çalışırq və bunu da edəcəyik.
Və bunu həm də ona görə edəcəyik ki, haylar Azərbaycanda  kompakt şəkildə yaşadıqları kimi azərbaycanlılar da indi Ermənistan adlandırılan dədə-baba torpaqlarına qayıtmalıdırlar!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO