Bu gün Milli Məclisin payız sessiyası başa çatıb. Payız sessiyasında Milli Məclis 19 iclas keçirib, 86 qanun və qərar qəbul edilib.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında səsləndirib.
S. Qafarova bildirib ki, Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həyata keçirib, Azərbaycan Prezidentin uzaqgörən və düşünülmüş siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri tədbirlər görülüb.
"Milli Məclis bu müddət ərzində beynəlxalq münasibətlərini möhkəmləndirib, xarici ölkələrdəki həmkarları ilə onlayın görüşlər keçirib''.
''Vətən müharibəsində əldə edilmiş Qələbə münasibətilə Milli Məclis ayrıca iclas keçirib, Azərbaycan Prezidentinə və xalqına müraciət edib. Milli Məclis 2020-ci ili, payız sessiyasını uğurla başa çatdırır".
Qeyd edək ki, sessiyanın başa çatması ilə deputatlar tətilə çıxıblar.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə parlament ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:12 / 30.12.2020
Millət vəkilləri tətilə çıxdı
Hazırda oxunan: Millət vəkilləri tətilə çıxdı
Hazırda oxunan: Millət vəkilləri tətilə çıxdı
6895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.