Azərbaycana DOST olmayan ölkələr – Belə bir siyahı varmı?

Azərbaycana DOST olmayan ölkələr – Belə bir siyahı varmı?

Hazırda oxunan: Azərbaycana DOST olmayan ölkələr – Belə bir siyahı varmı?

68660

Son zamanlar bir sıra dövlətlər rəsmi şəkildə dost olmayan ölkələrin siyahısını yayır. Bu xüsusda əsasən də ABŞ-la Rusiya aktivdir. Sonuncu belə dövlət isə Belarus olub.
Maraqlıdır, Azərbaycanda da belə bir rəsmi siyahı varmı? Bakıya dost olmayan ölkələr hansılardır? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirir ki, Azərbaycana dost olmayan bir ölkə var, bu Ermənistandır: 

“Azərbaycana beynəlxalq aləmdə böyük etimad var. Azərbaycan Prezidentinin ölkəmizin milli maraqları naminə beynəlxalq aləmdə apardığı ardıcıl və sistemli siyasət dövlətimizə böyük nüfuz gətirib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən 155 dövlətin səsini qazanıb. Bunlar onu göstərir ki, dünyada ölkəmizin dostları olduqca çoxdur. Onun da fərqindəyik ki, dost olmayan ölkələrin siyahısını tutsaq birinci yerdə Ermənistanın adı qeyd olunacaq. O, da hələ ki”. 

Deputatın fikrincə, perspektivdə İrəvan Bakı ilə əməkdaşlığa gedərsə, o da həmin siyahıdan çıxarıla bilər: 

“Bakı onunla da münasibətlərin normallaşmasında maraqlıdır. Burada hər şey İrəvanın davranışından asılıdır”. 

Həmsöhbətimiz qeyd edir ki, Ermənistandan başqa digər ölkələr Azərbaycana dostdur. Amma deputat onu da vurğuladı ki, müəyyən ölkələrdə Azərbaycana dost olmayan siyasi dairələr var:

“Məsələn, Fransa, ABŞ və Yunanıstandakı erməni lobbisi və onunla bağlı olan bəzi siyasi dairələr bizə dost deyil”.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin də münasibətini almağa çalışdıq. Maraqlıdır, görəsən belə bir siyahı rəsmi səviyyədə təsbit edilibmi? 

Amma sualımız hələlik açıq qalır. XİN mətbuat xidmətindən veriləcək cavabı diqqətinizə çatdıracağıq.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO