İqor Korotçenko: “Türkiyənin S-400-ləri NATO-nun qorxulu yuxusuna çevrilib”

İqor Korotçenko: “Türkiyənin S-400-ləri NATO-nun qorxulu yuxusuna çevrilib”

Hazırda oxunan: İqor Korotçenko: “Türkiyənin S-400-ləri NATO-nun qorxulu yuxusuna çevrilib”

6835

“Türkiyənin Rusiyadan aldığı S-400-lər NATO-nun qorxulu yuxusuna çevrilib. Alyansın Şimali Atlantika İttifaqının baş katibi Yens Stoltenberq açıqlamasında Türkiyənin aldığı bu sistemin NATO təyyarələrinə təhdid olduğunu iddia edib. Əslində NATO-nun bu səs-küyü Ankaranın dünya silah bazarında ən yaxşısını əldə etməsi səbəbindəndir”.

Bizim.Media “Nation-news.ru”ya istinadən xəbər verir ki, bu fikirləri rusiyalı ictimai-siyasi xadim, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko NATO-nun son bəyanatına fikir bildirərkən deyib.

Onun sözlərinə görə, NATO Türkiyə ilə vuruşmaq istəmədiyi təqdirdə onu heç bir təhlükə gözləmir.

“Türkiyə NATO-nun üzvü olduğu üçün onun əldə etdiyi "S-400 zenit-raket kompleksləri” digər İttifaq təyyarələrinə təhdid deyil. Bundan başqa NATO identifikasiya sistemi S-400-ə inteqrasiya olunduğu üçün blokun təyyarələrinə hücum edə bilməz. Bir daha vurğulayıram NATO-nun üzvü olan Türkiyə  döyüş potensialı baxımından nüvə faktorunu nəzərə almasaq, ABŞ-dan sonra ikinci ən güclü döyüş taktikasına malik olan ölkədir. Əgər NATO öz alyans üzvü ilə döyüşmək niyyətində deyilsə, o zaman onun üçün heç bir təhlükədə yoxdur ", - deyə Korotçenko bildirib.

Ekspert NATO-nun S-400-lərin İttifaqın silahları ilə uyğunsuzluğu haqqında iddiasını yalan adlandırıb. Korotçenko Yunanıstan kimi bir NATO ölkəsinin ordusunda əvvəllər Rusiyadan alınmış S-300 sistemlərinin olduğunu nümunə gətirib.

"Yunanıstan və NATO-nun inteqrasiya ilə bağlı heç bir problemi yoxdur. Bu səbəbdən Stoltenberqin açıqlaması Türkiyəyə təzyiq göstərmək və S-400 alışı üçün Ankaraya sanksiyalar tətbiq edən ABŞ-ın səylərini dəstəkləmək cəhdindən başqa bir şey deyil”, - deyə o qeyd edib.
Hərbi ekspert hazırda Türkiyə üçün  kritik bir məqam olduğunu söyləyib. Onun sözlərinə görə, Türkiyə Rusiyadan aldığı sistemləri hazır vəziyyətə gətirməlidir. 

"Bu cür açıqlamalar nə ABŞ-ın, nə də NATO-nun xeyrinə deyil. Əksinə bu məsələ onların nüfuzuna güclü bir zərbə vurur. Türklər dünya silah bazarında ən yaxşısını seçib və S-400 sistemi ABŞ istehsalı olan “Patriot” raket sistemini hər baxımdan qabaqlayır. Ona görə də bu həm NATO-nu, həm də ABŞ-ı narahat edir", - deyə ekspert əlavə edib.

Xatırladaq ki, bu həftə Vaşinqton Müdafiə Sənayesi Müdirliyinin  hesablarını donduraraq, maliyyə qurumlarının Türkiyə müdafiə sənayesinə kredit verməsini qadağan edib.

Ərdoğan gələcəkdə Rusiyadan Su-57 qırıcı təyyarələrinin alınması barədə düşündüyünü də açıqlayıb. Qeyd edək ki, Türkiyə bir müddət əvvələ qədər F-35 qırıcılarının istehsalında ABŞ-ın ortağı idi.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO