Bu gün İlham Əliyevlə Nikol Paşinyan arasında görüş baş tutacaq - Brüsseldə 

Bu gün İlham Əliyevlə Nikol Paşinyan arasında görüş baş tutacaq - Brüsseldə 

Hazırda oxunan: Bu gün İlham Əliyevlə Nikol Paşinyan arasında görüş baş tutacaq - Brüsseldə 

68245

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.   

Bizim.Media xəbər verir ki, görüş Avropa Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçiriləcək.  

Qeyd edək ki, bu, son üç ayda Azərbaycan və Ermənistan liderləri arasında dördüncü görüş olacaq.  

Xatırladaq ki, ilk görüş 2021-ci il dekabrın 14-də Şarl Mişelin təşəbbüsü ilə reallaşıb. İkinci dəfə tərəflər Brüsseldə təkbətək görüşüblər. Növbəti görüş isə bu il fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutub.   
Görüşlərdə rəsmi Bakı iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişinin imzalanması, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi kimi məsələləri iştirakçıların diqqətinə çatdırıb. Azərbaycan 10 noyabr bəyanatının müddəalarının həyata keçməsinin vacibliyini də vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO