Polşalı səfir İlham Əliyev-Paşinyan görüşü HAQDA: “Sülh danışıqlarının başlanması...”

Polşalı səfir İlham Əliyev-Paşinyan görüşü HAQDA: “Sülh danışıqlarının başlanması...”

Hazırda oxunan: Polşalı səfir İlham Əliyev-Paşinyan görüşü HAQDA: “Sülh danışıqlarının başlanması...”

68148

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə planlaşdırılan görüşü ilə bağlı mühüm bəyanat gözlənilir. 

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşanın Ermənistandakı səfiri Pavel Çeplak İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bəyanatı ATƏT-in Vyanadan olan mətbuat katibi səsləndirəcək.

"Razılığa əsasən, ilk bəyanatı ATƏT nümayəndəsi verəcək və ümid edirəm ki, bu, müsbət olacaq. İndiki mərhələdə nəsə vəd etmək qeyri-real olardı. Bəyanatı gözləyək", - diplomat bildirib.

O, Azərbaycan və Ermənistan liderləri - İlham Əliyev və Nikol Paşinyan arasında danışıqların gündəliyində duran məsələləri dəqiqləşdirməyib.

Çeplakın sözlərinə görə, Bakı və İrəvan arasında müzakirə olunan məsələlərin heç də hamısı ictimaiyyət üçün açıqlanmayıb. Eyni zamanda o, əlavə edib ki, Ermənistan baş nazirinin bu yaxınlarda İrəvanda Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Zbiqnev Rau ilə görüşündə şəxsən iştirak edib. Diplomatın qeyd etdiyi kimi, söhbət kifayət qədər səmimi olub.

“Baş nazir Nikol Paşinyan bizdən təkliflər eşitmək istədi, o, aydın cavab aldı”, - səfir bildirib.

Hansı təkliflərin müzakirə edildiyini Çeplak açıqlamayıb. Səfir əlavə edib ki, ATƏT-in Minsk Qrupunun formatının bərpası məsələsi Azərbaycan və Ermənistanla müzakirə olunub.
Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtında Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının prezidenti Şarl Mişel arasında birgə görüş keçiriləcək. Ermənistan hökumətinin başçısı bəyan edib ki, o, sülh danışıqlarının başlanması məsələlərini Azərbaycan prezidenti ilə razılaşdırmaq niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO