Xarici Kəşfiyyat Xidmətinə yeni səlahiyyət verildi

Xarici Kəşfiyyat Xidmətinə yeni səlahiyyət verildi

Hazırda oxunan: Xarici Kəşfiyyat Xidmətinə yeni səlahiyyət verildi

68147

Xarici Kəşfiyyat Xidməti öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə toplanışları keçməkdən azad etmək barəsində qərar verəcək. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanda edilən dəyişiklikdə əksini tapıb. 

Xarici Kəşfiyyat Xidməti tərəfindən öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilər üçün toplanışa göndərildikləri gün toplanışın başlanğıcı, toplanışın başa çatması ilə əlaqədar müvafiq əmr əsasında şəxsi heyətin siyahısından çıxarıldıqları gün isə toplanışın sonu sayılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO