Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında qanun layihəsi millət vəkillərinə təqdim edilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək sazişdə Azərbaycan və Gürcüstan vətəndaşları arasında etnik, iqtisadi, humanitar əlaqələrlə bağlı məsələlərin əks olunduğunu bildirib.
Layihəyə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” 2021-ci il sentyabrın 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.
Qanun layihəsi səs çoxluğu ilə qəbul olunub.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:20 / 05.04.2022
Azərbaycanla Gürcüstan arasında yeni saziş imzalandı
Hazırda oxunan: Azərbaycanla Gürcüstan arasında yeni saziş imzalandı
Hazırda oxunan: Azərbaycanla Gürcüstan arasında yeni saziş imzalandı
68135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.