Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyən edildi

Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyən edildi

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyən edildi

68133

Türk Dövlətləri Təşkilatına (TDT) ödənişlərin yeni bölgüsü müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “Türk Dövlətləri Təşkilatı Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Sənəddə qeyd edilib ki, maliyyə ili təqvim ilinin yanvar ayının 1-dən başlayan və dekabrın 31-də başa çatan vaxt müddətidir. Ödənişlər isə cari maliyyə ilində Katibliyin fəaliyyəti ilə bağlı xərclərin ödənməsi məqsədilə Tərəflər üçün müəyyən edilmiş məbləğlər deməkdir. 

Daha əvvəl məcburi ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilmişdi: 

Azərbaycan Respublikası - 2/15 

Qazaxıstan Respublikası - 4/15 

Qırğız Respublikası - 1/15 

Türkiyə Respublikası - 8/15 

Yeni layihəyə əsasən isə Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilir: 

Azərbaycan Respublikası - 2/18 

Qazaxıstan Respublikası - 4/18 

Qırğız Respublikası - 1/18 

Türkiyə Respublikası - 8/18 

Özbəkistan Respublikası - 3/18. 

Sənəd səsverməyə çıxarılaraq qəbul olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO