Azərbaycan-Avropa Şurası əməkdaşlığına dair yeni fəaliyyət planı hazırlandı

Azərbaycan-Avropa Şurası əməkdaşlığına dair yeni fəaliyyət planı hazırlandı

Hazırda oxunan: Azərbaycan-Avropa Şurası əməkdaşlığına dair yeni fəaliyyət planı hazırlandı

67911

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin görüşündə AŞ-Azərbaycan arasında Azərbaycanın ehtiyacları və AŞ-nın tövsiyələri əsasında işlənib hazırlanan və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək yeni, 2022-2025-ci illər üzrə Fəaliyyət Planı vurğulanıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində ölkəyə ilk dəfə səfər etdiyini və bu çərçivədə dövlət başçısı ilə görüşün baş tutduğunu bildirib.

Baş katib səfəri çərçivəsində AŞ-Azərbaycan 2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edəcəyini məmnunluqla qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO