''Vitali Balasanyanın müsahibəsinin əsas tezisləri ilə tanış olduqdan sonra, belə qənaətə gəldim ki, Azərbaycan bir müddət Qarabağ ermənilərinə qarşı qeyri-müəyyən yanaşmasını saxlasaydı, daha yaxşı olardı''.
''Onsuz da bu səfehlər özləri hər şeyi edəcək. Yeri gəlmişkən, onlar itirilən əraziləri Rusiyanın köməyi ilə qaytarmağa hazırlaşırlar. Rusiya pasportlarının paylanmasını təklif edirlər, ancaq bütün Qarabağ ermənilərinin Ermənistan pasportlarına sahib olduğunu da gizlətmirlər''.
Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Fərhad Məmmədov öz "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, bəzi xoşagəlməz nüansların aradan qalxması və yanlış təbliğatın getməməsi üçün bir sıra qanunlar tətbiq olunmalıdır.
''Bundan əlavə yerli əhali və sülhməramlılar üçün ciddi qanun tətbiq edilməlidir. Bu qanun yüksəkçinli məmurların sosial şəbəkələrdən istifadəsini qadağan etməlidir. Eyni zamanda, terrorçuların Qarabağın meşələrində olmasına sərt reaksiya bildirməliyik. Onları əsir götürmək deyil, məhv etmək lazımdır''.
''Bu, Rusiya sülhməramlılarının məsuliyyəti deyil. Biz nə qədər çox erməni terrorçuları məhv etsək, Qarabağ ermənilərinin təhlükəsizliklərinin əsas qarantının Rusiya sülhməramlıları deyil, Azərbaycan olduğunu daha tez başa düşəcəklər. Digər tərəfdən, Rusiya sülhməramlıları silahlı erməni qüvvələrinin məsuliyyətlərində olduğu zonalarına girməsinə nəzarət etməlidir, onlar başa düşməlidirlər ki, bu silahlar bir vaxt onlara qarşı da istifadə olunacaq''.
Politoloq bildirib ki, düzgün strategiya ilə, ermənilərə Qarabağda Azərbaycan qanunları altında yaşamaqdan başqa yollarının olmadığını göstərmək lazımdır.
''Gəlin, Çeçenistan hadisələrindən nümunə götürək, Rusiya bir tərəfdən separatçıları və terrorçuları məhv etdiyini, digər tərəfdən öz maraqlarına uyğun yerli elitanın nümayəndələrini tapıb, razılığa gələ bildiyini nümayiş etdirdi''.
''Hələlik rus sülhməramlıları yerli əhalinin toyunda fotoqraf kimi hərbi cinayətkarlarla birlikdə kameralara poz verib və öz bayraqlarını saxta qurumun nimdaş bayraqları ilə yanaşı qoysunlar – bu, onların öz işidir. Ancaq onların bu hərəkətləri Azərbaycan cəmiyyətini Rusiyaya qarşı qoyur. Elə etməliyik ki, yerli ermənilər Azərbaycan qanunlarını qəbul etməkdən başqa çıxış yolunun olmadığını hiss etsinlər'', - deyə o fikrini tamamlayıb.
Vüsalə Balayeva, Bizim.Media