Prezident İlham Əliyevdən Gəncə şəhəri ilə bağlı QƏRAR

Prezident İlham Əliyevdən Gəncə şəhəri ilə bağlı QƏRAR

Hazırda oxunan: Prezident İlham Əliyevdən Gəncə şəhəri ilə bağlı QƏRAR

67552

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti qərar imzalayıb.

Dəyişikliyə əsasən, Gəncə şəhəri bələdiyyə siyahısı aşağıdakı redaksiyada təsdiq edilib:

Kəpəz bələdiyyəsi - Cavadxan, Məhsəti, Nətavan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi;

Nizami bələdiyyəsi - Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi;

Hacıkənd bələdiyyəsi - Hacıkənd və Göygöl qəsəbələri.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO