Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Milli Məclis sədri Sahibə Qafarovanı qəbul edib.
Bizim.Media xəbər verir ki, parlament sədri Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin sədri Federasiya Şurasının sədri ilə görüşdü
Söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın vahid tarix, dil, din, mədəniyyət, müştərək dəyərlər kimi möhkəm təmələ əsaslandığı, son illər ikitərəfli əməkdaşlığın xeyli inkişaf etdiyi qeyd olunub.
Hazırda iki ölkə arasında iqtisadiyyat, siyasət, parlament əlaqələri, mədəniyyət, və s. sahədə xeyli irəliləyiş olduğu, rəsmi şəxslər, ictimai təşkilatlar, işgüzar dairələr səviyyəsində mütəmadi təmasların, səfərlərin həyata keçirildiyi dilə gətirilib.
O da qeyd olunub ki, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 25 faiz artıb, 200-dən artıq birgə müəssisə təsis edilib.
Bizim.Media