“Ermənilərin Gorus- Qafan yolundan istifadəsinə qadağa qoyulmalıdır” - EKSPERT - VİDEO

“Ermənilərin Gorus- Qafan yolundan istifadəsinə qadağa qoyulmalıdır” - EKSPERT - VİDEO

Hazırda oxunan: “Ermənilərin Gorus- Qafan yolundan istifadəsinə qadağa qoyulmalıdır” - EKSPERT - VİDEO

6746

Bizim.Media Teleqramda yayılan xəbərlərə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin “Vazgen” adlandırdığı erməni Gorus-Qafan yolunda “Azərbaycana xoş gəlmisiniz” lövhəsini rəngləyib. Gizli şəkildə vandallıqla məşğul olan ermənilər Azərbaycan əsgərini görcək qorxaqcasına qaçıblar. 

Elə erməni saytı olan “News.am”ın yazdığına görə, bu “qəhrəmanlıq aktını” icra edən Gorusun vitse-meri Venua Ovsepyan olub. 

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadənin fikrini öyrəndik və siyasi ekspert dedi ki, Azərbaycanın öz torpaqlarını işğaldan qurtarması erməniləri qıcıqlandırır.

Çünki onlar bu illər ərzində həqiqəti əks etdirməyən uydurmalar hazırlamış və özlərini bu yalanlara inandırmışdılar. 

“Sərhədlərin dəqiqləşdirilməsi Zəngilan-Gorus istiqaməti, həmçinin Laçın-Kəlbəcər tərəfdə Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ümumi və normal prosesdir. Amma biz görürük ki, ermənilərin faşizm ideyaları yeni bir gərginlik mərhələsini yaradır. Gorus-Qafan yolunun 5 kilometrliyi Azərbaycan ərazisinə keçir, artıq sərhədlər dəqiqləşdirilib. Buna görə də o istiqamətdə Azərbaycan tərəfi haqlı olaraq yol kənarlarına Azərbaycana xoş gəlmisiniz lövhələri quraşdırıb”.

Politoloqun sözlərinə görə, Azərbaycan öz ərazisində istənilən reklam, təbliğat lövhələri asa bilər. Sadəcə ölkəmizin belə hüquqi fəaliyyəti erməniləri ciddi narahat edir. 

“Düşünürəm ki, Azərbaycan tərəfi bu mövzulara çox prinsipial yanaşmalıdır. Həmin ermənilər cəzalandırılmalıdır. Həmçinin həmin ərazidən istifadə edən ermənilər ciddi yoxlamadan keçirilməlidirlər. Çünki onlar Azərbaycan hərbçilərinə qarşı terror-təxribat reallaşdıra bilərlər”. 

Ermənilərin 11 terror təşkilatının olduğunu deyən Məhəmməd Əsədullazadə vurğuladı ki, erməni gənclərinin əksəriyyəti həmin terror şəbəkəsinin üzvləridir. Buna görə ermənilər mülki geyimdə olarkən də müəyyən təxribatlara qadirdilər. 

''Onlardan hər cür vandallıq, barbarlıq və digər çirkin əməllər gözləmək olar. Ona görə də mən düşünürəm ki, Gorus- Qafan yolunun həmin hissəsi təhlükəsizlik məsələlərinə görə müvəqqəti bağlanmalıdır. Hər-halda ermənilərə o yoldan istifadə qadağası qoyulmalıdır ki, Azərbaycana qarşı bu kimi təxribatlar edə bilməsinlər''.

''Hələki ermənilərlə sülh müqaviləsi bağlanmayıb deyə belə təxribatların təkrarlanması mümkündür. Ona görə də onları hüquqi sənədə oturtmalı, siçan-pişik oyununu yığışdırmaq lazımdır''. 

Qeyd edək ki, son iki gündə erməni təxribatlarının artmasını onların 29 il əvvəlki işğalları ilə bağlayanlar da var.

Belə ki, ermənilər 1991-ci il, dekabrın 28-də Azərbaycanın dilbər guşələrindən biri olan, bir zamanlar Qarabağın turizm mərkəzinə çevrilən Kərkicahanı işğal etmişdilər. Ermənilər hər zaman bu şəhər tipli qəsəbəni özlərinə paytaxt hesab etdikləri Xankəndiyə birləşdirmək istəyirdilər.

Onlar bu siyasəti 1960-cı ildə də reallaşdırıblar. Xatırladaq ki, Qarabağ xanı Pənahəlinin oğlu Mehdiqulu xan Kərkicahanın yaxınlığında Xankəndi şəhərini salıb. 

Anar Rəhimov, Bizim.Media

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO