Milli Məclis sədrinin Özbəkistana səfəri başladı

Milli Məclis sədrinin Özbəkistana səfəri başladı

Hazırda oxunan: Milli Məclis sədrinin Özbəkistana səfəri başladı

67395

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərinə rəsmi səfərə gəlib.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətinə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrupun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev, Anar İsgəndərov, Razi Nurullayev və digər rəsmi şəxslər daxildirlər.

Daşkənd şəhərinin İslam Kərimov adına Beynəlxalq Hava limanında nümayəndə heyətini Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sadiq Safoyev, Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qaşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədrinin Özbəkistan Respublikasının Prezidenti, bu ölkə parlamentinin hər iki palatasının spikerləri ilə görüşləri nəzərdə tutulub.

Səfər aprelin 2-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO