Parlamentin növbəti iclasında bu məsələlər müzakirə ediləcək - SİYAHI

Parlamentin növbəti iclasında bu məsələlər müzakirə ediləcək - SİYAHI

Hazırda oxunan: Parlamentin növbəti iclasında bu məsələlər müzakirə ediləcək - SİYAHI

67385

Milli Məclisin aprelin 5-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib.

Həmin qanun layihələri aşağıdakılardır:

1.Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi.

2.Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi” barədə Milli Məclisin qərar layihəsi.

3.“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi.

4.“Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi.

5.“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında qanun layihəsi.

6.“Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanunun layihəsi.

7.“Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

8.“Döclət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

9.“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

10.Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

11.“İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi (birinci oxunuş).

12.“Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş).

13.“Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

14.Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

15.İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

16.Cinayət Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

17.Cinayət Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO