“Polşanın ATƏT-də sədrliyi mürəkkəb bir vaxta təsadüf edir. Bu gün biz ATƏT-də, Ukrayna və Ukrayna ətrafında olan məsələləri müzakirə etdik”.
Bizim.Media-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
ATƏT sədri Ermənistana xəbərdarlıq edəcək
“Humanitar böhran və bu kimi məsələlər də müzakirə mövzusu oldu. Bölgəmizlə bağlı məsələləri də müzakirə etdik”, - nazir vurğulayıb.
“Bizim bugünkü görüşümüz də 31 mart tarixinə təsadüf edir. 1918-ci ildə azərbaycanlılar qətlə yetirilib. 100 ildən artıq olan müddətdə etnik zəmnində həyatını itirən insanlarımızın xatirəsini yad etmək istəyirəm”, - C.Bayramov bildirib.
Bizim.Media