SƏFİR: Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün məhdudiyyətləri ləğv edib

SƏFİR: Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün məhdudiyyətləri ləğv edib

Hazırda oxunan: SƏFİR: Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün məhdudiyyətləri ləğv edib

67084

Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün mövcud məhdudiyyətləri ləğv edib.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

"Azərbaycanın bu məhsulu Rusiyaya maneəsiz daxil olur", - səfir deyib.

O qeyd edib ki, Rusiya İxrac Mərkəzi Azərbaycan məhsullarının idxalının dəstəklənməsi üçün zəruri alətlərə malikdir.

Səfirin sözlərinə görə, 2021-ci ildə Azərbaycan Rusiyaya bir milyard dollar məbləğində məhsul ixrac edib.

"2022-ci ilin ilk iki ayı ərzində Azərbaycanın Rusiyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 123 milyon dollar təşkil edib", - M.Boçarnikov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO