Sahibə Qafarovanın “SSRİ” ifadəsinə Rəşad Mahmudovdan REAKSİYA – “Mənasız şou düzəldirlər”

Sahibə Qafarovanın “SSRİ” ifadəsinə Rəşad Mahmudovdan REAKSİYA – “Mənasız şou düzəldirlər”

Hazırda oxunan: Sahibə Qafarovanın “SSRİ” ifadəsinə Rəşad Mahmudovdan REAKSİYA – “Mənasız şou düzəldirlər”

67082

“Bəzi sosial media “qəhrəmanları” xanım spikerin iclasda səsləndirdiyi və ölkəmizin milli maraqları üçün vacib olan olduqca əhəmiyyətli cavabını heç nə olmayıbmış kimi bir yana qoyaraq, texniki bir yanlışlıqdan yapışaraq mənasız şou düzəldirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov “Facebook” hesabında Sahibə Qafarovanın müzakirələrə səbəb olan “SSRİ” ifadəsinə münasibət bildirərkən qeyd edib.

Spikerin müdafiəsinə qalxan Rəşad Mahmudov slikerin hər şeydən öncə Azərbaycan qadını olduğunu xatırladıb:

“Alimdir, ali məktəb auditoriyalarından tutmuş Milli Məclisdəki 12 illik şərəfli fəaliyyəti dövründə vətəninə, dövlətinə ləyaqətlə xidmət edərək nümunəvi davranışları ilə hər zaman diqqət çəkib, təqdir olunub. Deputat olaraq seçicilərinin qaygılarına heç zaman səssiz qalmayıb. Mükəmməl fəaliyyəti ilə seçildiyi dairənin bu gün də şəriksiz lideri ola biləcək bir siyasətçidir və nəhayət sədr kimi Milli Məclisdə tam demokratik bir mühit yaradıb.

Milli maraqlarımızı əsas vəzifəsi hesab edən Sahibə xanım istər ölkə daxilində, istər xarici ölkələrə səfərləri çərçivəsində xalqımızı ləyaqətlə təmsil edərək fəaliyyəti ilə hər birimizə başucalıgı gətirib”.
Deputatın sözlərinə görə milli məsələdə yalnız dövlət amili var:

“Mənasız şou düzəldənlər anlamırlar ki, bu milli məsələdir. Sahibə xanım Qafarovanın Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın sərsəm, mənasız, mahiyyətcə çürük iddialarına özünəməxsus, tutarlı və mükəmməl cavabı erməni yalanının mötəbər tribunada növbəti ifşası ilə nəticələndi.

Spiker Simonyana və iclas iştirakçılarına sübut etdi ki, ordumuz tərəfindən suveren ərazilərimizdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesi aparılır.
Buna baxmayaraq, qanunsuz erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərir. Hansısa texniki səhv yox, əsl müzakirə olunası mövzu budur. Düşünürəm ki, diqqətli olmalı, sosial media üzərində məsuliyyətsiz və mənasız müzakirələrdən uzaq durmalı, hər birimiz milli məsələdə dövlətin yanında durmalıyıq. Söhbət həm də Qarabağdan gedirsə…”, - deyə Rəşad Mahmudov əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO