Azərbaycanın Rusiyadakı səfirliyindən BƏYANAT - Dövlət Dumasının deputatına ETİRAZ

Azərbaycanın Rusiyadakı səfirliyindən BƏYANAT - Dövlət Dumasının deputatına ETİRAZ

Hazırda oxunan: Azərbaycanın Rusiyadakı səfirliyindən BƏYANAT - Dövlət Dumasının deputatına ETİRAZ

66999

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi məlum sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin, o cümlədən Səfirlik əməkdaşlarının da ciddi narahatlıq və narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

"29 mart tarixində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaqinin fikirlərini şərh edərkən, onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost olmayan bəyanatlardan çəkinməyə çağırmışdır.

Bundan əlavə, o, qeyd etmişdir ki, bu açıqlama Rusiya Federasiyasının rəsmi mövqeyinə heç bir halda cavab vermir və verə də bilməz. Rusiyanın Qarabağda sülhün dəstəklənməsi və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün böyük səy göstərdiyi bir vaxtda Mixail Delyaqinin bu cür ritorikadan çəkinməli olduğunu vurğulamışdır.

Həmçinin Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat üçün keçirdiyi ənənəvi brifinq zamanı Dmitri Peskovun açıqlaması ilə həmfikir olduqlarını söyləmiş, istənilən bu kimi bəyanatların qəbuledilməz və məsuliyyətsiz olduğunu diqqətə çatdırmışdır. Azərbaycanla qarşılıqlı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını hədəf qoymuş Rusiya Federasiyasının, onun rəhbərliyinin mövqeyini əks etdirmədiyini bildirmişdir. Həmçinin Rusiya XİN-in rəsmisi Dövlət Dumasının rəhbərliyi tərəfindən də belə təxribat xarakterli açıqlamalara qiymət veriləcəyinə əminliyini ifadə etmişdir.

Bundan əlavə, “Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein tərəfindən Səfir Polad Bülbüloğlunun adına məktub ünvanlanmışdır.
Məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyir, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayır.

Eyni zamanda Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirir.

Səfir Polad Bülbüloğlu “Rossiya 1” kanalının daxil olduğu Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığı çatdırmış və belə halların qəbuledilməz olduğu vurğulamışdır.
Göstərilmiş səylər nəticəsində Mixail Delyaqin də bu gün Rusiya rəsmiləri tərəfindən ona verilmiş məsləhətləri qəbul etdiyini açıqlamış, səsləndirdiyi fikirlərinə görə peşman olduğunu bildirərək üzr istəmiş və belə addımı şou naminə atdığını söyləmişdir", - deyə Səfirliyin yaydığı məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO