Məhəbbət Muradov Səxavət Soltanlını quru yuyub, yaş sərdi...

Məhəbbət Muradov Səxavət Soltanlını quru yuyub, yaş sərdi...

Hazırda oxunan: Məhəbbət Muradov Səxavət Soltanlını quru yuyub, yaş sərdi...

66992
Qubad İbadoğlunu dəstəklədiyinə görə başqan Arif Hacılının qəzəbinə gələrək partiyadan uzaqlaşdırılan Məhəbbət Muradov başqan müavini Səxavət Soltanlını mətbuatda ADR haqqındakı tənqidi fikirlərinə görə peşman edib:

"Azərbaycan siyasi səhnəsində abrı, həyanı, əxlaqı,yüksək mədəniyyəti qoruyub saxlayan partiyalardan biri və birincisi Müsavat Partiyası idi. Lakin sonuncu qurultaydan sonra "başdan" Arif Hacılı partiyanın yolunu dəyişdi. Partiyanın üzvləri arasında heç bir nüfuz sahibi olmayan adamları partiya rəhbərliyinə gətirdi (əslində ozünə hörmət edələr orda deyil, Hacılı nə etsin). Nəticədə də "başqan müavini" kimi
mətbuatda təqdim olunan Səxavət Soltanlını ağzına və ağlına gələni danışdıraraq partiyanı ayaqda saxlamağa çalışırlar.
Görün Arif Hacılı və onun danışdırdığı Səxavət Soltanlı nə qədər özlərini idarə edə bilmirlər ki, Səxavətin dili ilə mətbuata verdiyi müsahibəyə baxın -" : “Qubad İbadoğlu yalan danışır. Kimlərəsə özünün əhəmiyyətinin qaldığını göstərmək istəyir. O, özünü heyf elədi. Hər keçən gün Qubad İbadoğlu bir az öz “tərəfdarları”x9d hesab etdiyi insanların gözündən düşür. Bir neçə adam qalıb ki, Qubad İbadoğlu və Vurğun Əyyubla birlikdə siyasi “kamikadzelik etmək”x9d xətti tutublar. Onlara yazığım gəlir”x9d -"

Səxavət Soltanlı! Özünü ələ al! Bilmirəm sənə kim başa salıb ki, "başqan müavini " olmaq şərəf və ləyaqəti itirmək deməkdi, yolunu azmaq deməkdi, şər böhtan atmaq deməkdi, yanılıblar.
Sənin Qubad İbadoğluna və onun tərəfdarlarına qarşı tutduğun bu əqidəsiz yol sənə uğur gətirməz.
Sənin bu təməlini qoymaq istədiyin yolu Hafiz Hacıyev, Siyavuş Novruzov, Mübariz Qurbanlı çoxdan
betonlayıblar. Sənə sadəcə bu yolda addımlamaq düşür. Amma mən sənə layiq bilmirəm bu yolu. Özün özünə layiq bilirsənsə daha sənə sözüm yoxdu.

P.S özümə söz vermişdim ki, susum, amma dözə bilmədim. Üzrlü sayın...



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO