İlham Əliyev Zelenski ilə TELEFONLA DANIŞDI - Bu məsələlər MÜZAKİRƏ EDİLDİ

İlham Əliyev Zelenski ilə TELEFONLA DANIŞDI - Bu məsələlər MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: İlham Əliyev Zelenski ilə TELEFONLA DANIŞDI - Bu məsələlər MÜZAKİRƏ EDİLDİ

66820

Martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Prezident Volodimir Zelenski Azərbaycan dövlət başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

***

Azərbaycan Prezidenti İlham Əliyevlə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə V.Zelenski "Twitter" hesabında paylaşım edib.

"Mülki əhaliyə edilən yeni hücumlar barədə İlham Əliyevə məlumat verdim. Yaşıl dəhlizlərin yaradılmasının zəruriliyini müzakirə etdik. Humanitar yardıma və əkin üçün yanacaq verməyə hazır olduğuna görə Azərbaycan Prezidentinə təşəkkür edirəm".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO